Hərbçi və mülki şəxslər İsrail ərazisini tərk edib Hərbçi və mülki şəxslər İsrail ərazisini tərk edib
  • Qərb
  • 13 May 2021 22:05
  •  10 963

ABŞ İsraildən 120 nəfəri evakuasiya edib

Hərbçi və mülki şəxslər İsrail ərazisini tərk edib

Amerika rəhbərliyi Fələstinlə İsrail arasındakı qarşıdurmanın artması fonunda İsraildən hərbçi və mülki şəxslərdən ibarət 120 nəfərlik personalı evakuasiya edib.

Aznews.az xəbər verir ki, bunu “CNN” televiziyasının jurnalisti Barbara Star ABŞ Müdafiə Nazirliyindəki mənbəyə istinadən özünün tvitterində yazıb.

Jurnalist bildirib ki, təlimlərə hazırlaşan hərbçilər və mülki şəxs olan digər heyət üzvləri C-17 hərbi təyyarə ilə İsrail ərazisini tərk edib. Onlar Almaniyaya aparılıblar.