Baydenlə Vladimir Putinin görüşü iyunun 16-da Cenevredə keçiriləcək Baydenlə Vladimir Putinin görüşü iyunun 16-da Cenevredə keçiriləcək
  • Qərb
  • 10 İyun 2021 10:47
  •  7 608

“ABŞ Rusiya ilə münaqişə axtarmır” - Bayden

Baydenlə Vladimir Putinin görüşü iyunun 16-da Cenevredə keçiriləcək

"ABŞ Rusiya ilə hər hansı bir münaqişə axtarmır, onunla daha stabil və proqnozlaşdırıla bilən münasibət qurmaq istəyir".

AzNews.az xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Co Bayden Ağ Evin yutub kanalında yayımlanan çıxışı zamanı deyib.

"Ölkələrimiz strateji sabitlik və silahlara nəzarət daxil olmaqla inanılmaz bir məsuliyyət daşıyırlar. Bu məsuliyyətə ciddi yanaşıram. Ancaq mən açıq şəkildə bildirmişəm ki, Rusiya hökuməti ABŞ-ın fəaliyyətinə ziyan vurarsa, Birləşmiş Ştatlar ciddi şəkildə buna cavab verəcək", - deyə Bayden qeyd edib. O əlavə edib ki, Putinlə görüşündə "demokratik dövlətlərin suverenliyinin pozulmasının" nəticələrinin olacağı fikrini həmkarına çatdıracaq.

Qeyd edək ki, Baydenlə Vladimir Putinin görüşü iyunun 16-da Cenevredə keçiriləcək.