• Qərb
  • 3 Avqust 23:59
  •  10 107

Nyu-Yorkda restoranların müştərilərindən məcburi vaksinasiya tələb olunacaq

“Vaksinasiya olunan hər kəs şəhərdə əlçatan olan bütün xidmətlərdən istifadə edə biləcək"

Nyu-York şəhərinin hakimiyyət orqanları restoranların müştərilərindən və işçilərindən koronavirusa qarşı vaksinasiya olunmağı tələb edəcək.

Aznews.az Amerika KİV-inə istinadla xəbər verir ki, bunu Nyu-York şəhərinin meri Bill de Blazio deyib.

“Vaksinasiya olunan hər kəs şəhərdə əlçatan olan bütün xidmətlərdən istifadə edə biləcək. Əgər peyvənd vurdurmamısansa, bunlardan məhrum olacaqsan. Cəmiyyətin bir parçası olmaq istəyənlər vaksinasiyadan keçməlidir”, - deyə mer mətbuat konfransında jurnalistlərə bildirib.

Nyu-York merinin sözlərinə görə, peyvənd bərpa və müdafiə üçün “açar”, həmçinin özünəməxsus buraxılış vəsiqəsi olacaq. Restoranlar və fitnes klubları üçün bu tələblər avqustun 16-dan qüvvəyə minəcək, sentyabrın 13-dən isə yoxlamalar başlayacaq. Müştərilərin birinci peyvənd barədə sənəd göstərməsi kifayət edəcək.