"Ermənistanda işsizlik səviyyəsi də artıb" "Ermənistanda işsizlik səviyyəsi də artıb"
  • Qərb
  • 27 Sentyabr 2021 19:57
  •  12 720

Fransa qəzeti: "Müharibədən sonra ermənilərin gündəlik həyat şəraiti kəskin pisləşib"

"Ermənistanda işsizlik səviyyəsi də artıb"

Aznews.az xəbər verir ki, Fransanın “Le Monde” qəzetində müharibədən bir il sonra ermənilərin gündəlik həyatının necə dəyişməsindən bəhs edən məqalə dərc edilib.

Məqalədə qeyd olunur ki, Birinci Qarabağ müharibəsində ermənilər Dağlıq Qarabağı və ətrafdakı əraziləri işğal edərək bütün azərbaycanlıları bu ərazilərdən qovub.

Müəllifin sözlərinə görə, bir il əvvəl Azərbaycana qarşı məğlubiyyətdən sonra ermənilərin gündəlik həyatı kəskin şəkildə dəyişib. Ermənistanda işsizlik səviyyəsi də artıb. Bakının nəzarəti altına keçən bufer zonalarda yaşayan ermənilərin əksəriyyəti fermer idi və hazırda isə 60%-i əkin sahəsi olan Qarabağı Azərbaycan geri qaytarıb.

Məqalədə hazırda əsas problemin təhlükəsizlik məsələsi olduğu qeyd edilib.

Yazıda Azərbaycanın Şuşanı mədəniyyət paytaxtı elan etdiyi, işğaldan azad olunmuş ərazilərdə yenidənqurma işlərinin həyata keçirilməsi üçün fond təsis edildiyi, Şuşaya artıq səfərlərin başlandığı və Azərbaycanın şəhəri turizm mərkəzinə çevirmək məqsədi güddüyü bildirilib.