• Qərb
  • 27 Noyabr 2021 21:11
  •  2 428

BMT birbaşa təmasların yaradılmasını təqdir edir - YENİLƏNİB

Baş katib Soçi görüşündən sonra qəbul edilmiş birgə bəyanatı alqışlayır

BMT Azərbaycan və Ermənistan arasında birbaşa təmasların yaradılmasına dair öhdəlikləri təqdir edir

BMT-nin Baş katibi Antonio Quterreş Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Baş naziri arasında keçirilmiş üçtərəfli görüşə münasibət bildirib.
Aznews.az xəbər verir ki, bu barədə məlumat Baş katibin ofisinin saytında yerləşdirilib.
Məlumatda deyilir:

“Baş katib Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistanın Baş naziri arasında 26 noyabrda keçirilmiş görüşü və bu görüşdən sonra qəbul edilmiş birgə bəyanatı alqışlayır. Baş katib eyni zamanda Rusiya Federasiyasının təmasların asanlaşdırılmasında və daimi dialoqdakı rolundan məmnunluq ifadə edir.

Baş katib Azərbaycan və Ermənistan arasında birbaşa yüksək səviyyəli təmasın yaradılmasına dair öhdəlikləri təqdir edir, tərəflərin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatların tam həyata keçirilməsinə dair götürdüyü öhdəlikləri alqışlayır. BMT-nin əsas prinsipi budur ki, davamlı sülh yalnız dialoq yolu ilə mümkündür və tərəfləri bunun üçün bütün mümkün yollardan, o cümlədən ATƏT-in Mİnsk qrupunun səylərindən istifadə etməyə çağırır. BMT regionda sülhün bərqərar olması üçün bütün səyləri dəstəkləməyə hazırdır”.

****

19.51

“Quterreş Azərbaycanla Ermənistan arasında əlaqələrin davam etməsində Rusiyanın rolunu yüksək qiymətləndirir”.

Aznews.az-ın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin baş katibi Antonio Qutrreşin ofisindən bildirib.

“BMT Bakı və İrəvan arasında məsələlərin həlli, o cümlədən humanitat dəstək göstərilməsi baxımından kömək etməyə hazırıdır”, - məlumatda deyilir.