• Qərb
  • 2 Dekabr 2021 17:08
  •  2 011

Türk cərrah ABŞ senatına namizədliyini irəli sürüb

“Vaşinqtondakı problemi həll etmək üçün Amerikaya mühafizəkar respublikaçı lazımdır”

Amerikada yaşayan məşhur türkiyəli ürək cərrahı Mehmet Öz Respublikaçılar Partiyasından ABŞ senatına namizəd olduğunu açıqlayıb.

AzNews.az xəbər verir ki, 61 yaşlı həkim bu barədə tviter səhifəsində məlumat verib.

“Vaşinqtondakı problemi həll etmək üçün Amerikaya mühafizəkar respublikaçı lazımdır. Mən dünya səviyyəli cərrah, döyüşçü və ölkəmizdə xəstəliklərini sağaltmaq üçün addımlar atan sağlamlıq müdafiəçisiyəm”, - deyə o paylaşdığı videoda qeyd edib.

Keçmiş prezident Donald Trampın “Öncə Amerika” şüarına bənzər bir şüarla çıxış edən həkim namizəd ABŞ-ın prioritet olması lazım olduğunu bildirib.

Digər tərəfdən, Mehmet Öz “Washington Examiner” üçün yazdığı məqalədə siyasətə niyə gəldiyinə aydınlıq gətirib.

O söyləyib ki, hökümətə və bir-birimizə qəzəbliyik. Keçmiş nəsillər qədər böhranları idarə edə bilmədik. Covid-19 pandemiyası zamanı siyasətlə tibbin qarışdığını gördüm. Buna görə də problemləri həll etməyimizə və sağlamlığımıza kömək etmək üçün ABŞ Senatına namizəd oluram.

Şəbnəm Zahir