• Qərb
  • 22 İyun 15:07
  •  2 112

Avropa parlamentində mina müzakirələri - VİDEO

"Müharibədən sonra minaların təmizlənməsi prosesində həmrəylik mütləqdir"

Avropa Parlamentində “Avropa İttifaqı qonşuluğunda minalarla mübarizə: Artan təhdidlər və gücləndirilmiş əməkdaşlığa ehtiyac” mövzusunda baş tutan görüşün əsas məqsədi Aİ-yə üzv və tərəfdaş dövlətlərin bu sahədə üzləşdiyi çoxsaylı problemləri diqqətə çatdırmaq, humanitar minatəmizləmə səylərinin artırılmasının zərurətinin vurgulamaq, Azərbaycan ilə yanaşı Bosniya və Herseqovinanın nümunəsində mövcud təhlükənin miqyasını dəyərləndirmək və Aİ ilə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək idi..

Müzakirələrdə ANAMA İdarə Heyətinin sədr müavini Samir Poladov çıxışı zamanı, Azərbaycanın işgaldan azad edilmiş ərazilərindəki mina çirkinliyi və hələdə davam edən təhlükələrdən iştirakçılara məlumat verdi. ANAMA rəsmisi qeyd etdi ki, Azərbaycan torpaqları işgaldan azad etdikdən sonra minatəmizləmə işləri aparılsada bu günə qədər 225 hadisə qeydə alınıb və 100 qədər dinc insan həyatini itirib. Bundan başqa müzakirələrdə Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin (AFET) sədr müavini, Avropa Parlamentinin xorvatiyalı və Bosnya və Hersoqavinalı üzvləri də çıxış edilər. Çıxışlar zamanı Avropa ittifaqının torpaqların minalardan təmizlənməsində Azərbaycana dəstəyinin vacibliyinə də diqqət çəkildi.

Avropa parlamentinin üzvü Zelyana Zavko: "Müharibədən sonra minaların təmizlənməsi prosesində həmrəylik mütləqdir. Xorvatiya da bu problemlə üzləşən ölkələrdəndir. Mənim ölkəm məhz bu səbəbdən çox zərər görüb, həmin ərazilər hazırda kənd təsərrüfatı üçün yararsızdır, sözügedən bölgələrdə hələ də minatəmizləmə işləri aparılır. Qarabağda da mina təhlükəsi və ərazilərin minalardan təmizlənməsi məsələsi aktual olaraq qalır. Bu mövzuda biz öz təcrübəmizi sizinlə bölüşəcəyik və Avropa İttifaqının bu məsələ ilə bağlı ayırdığı investisiyalardan danışacağıq".

Azərbaycanın Avropa İttifaqı yanında Nümayəndəliyinin başçısı, səfir Vaqif Sadıqov da çıxışı zamanı Azərbaycanın dünyada müharibə dövründə və sonraən ən çox mina problemi ilə üzləşən ölkələrdən biri oldugunu dedi . Səfir minaların müharibə bitdikdən sonra Azərbaycanda mülki şəxslərə, o cümlədən uşaq və qadınların həyatına təhlükə yaratmaga davam etdiyindən danışıldı.

Bundan başqa Azərbaycan nümayəndə heyyəti Lüksemburg, İsveçrə və Brusseldə silsilə görüşlər keçirərək həmin ölkələrin rəsmilərinə, Beynəlxalq İnstutlara Azərbaycanda davam edən mina təhlükəsi barədə ətrafli məlumat verilib.