• Qərb
  • 21 Sentyabr 22:16
  •  1 683

Bayden: Rusiya və Ukrayna arasında müharibənin sona çatmasını istəyirik

ABŞ lideri Rusiyanın qismən səfərbərlik elan etməsini “uğursuzluq”, “zəiflik" kimi qiymətləndirib

Rusiya və Ukrayna arasında müharibənin sona çatmasını istəyirik.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Birləşmiş Millətlər Təşkilatının 77-ci Baş Assambleyasında (BMT) çıxışı zamanı bildirib.

“Putin yenə məsuliyyətsiz açıqlamalar verir”, - Bayden vurğulayıb.

ABŞ lideri Rusiyanın qismən səfərbərlik elan etməsini “uğursuzluq”, “zəiflik" kimi qiymətləndirib.

“Heç kim Rusiyanı təhdid etmir. BMT Təhlükəsizlik Şurasının daimi üzvü Rusiya qonşusunu işğal edərək suveren bir dövləti xəritədən silmək istədi. Birləşmiş Millətlərdəki 183 ölkə Rusiyanın müharibəsini qınayır. 25 milyard dollardan artıq Ukraynaya yardım etmişik. ABŞ savaşın sona çatmasını istəyir. Bizim sanksiyalarımız açıq şəkildə Rusiyanı hədəf alır. Ancaq bu, Rusiyanın qida ixracatına qarşı deyil. Eyni zamanda, taxıl dəhlizindəki liman sayını artırmalıyıq. Dünyadakı qida məsələsində yaşanan problemlər Rusiyanın məsuliyyətidir. Qida təhlükəsizliyi məsələsində çalışmağa davam edəcəyik. Hamımız dəqiq olmalıyıq, qüvvətli olmalıyıq”, - Bayden qeyd edib.