"Ceki, buradasan? Ceki haradadır?" "Ceki, buradasan? Ceki haradadır?"
  • Qərb
  • 29 Sentyabr 2022 16:33
  •  7 124

Dünya Baydenin kürsüdə dediyi sözlərdən danışır

"Ceki, buradasan? Ceki haradadır?"

ABŞ prezidenti Co Bayden avtomobil qəzasında dünyasını dəyişən indianalı konqresmen Ceki Valorskinin öldüyünü unudub.

AzNews.az xəbər verir ki, o Ağ Evdə aclığa son qoyulması ilə bağlı konfransda çıxışı zamanı mərhum konqresmeni axtarıb.

Ondan cavab ala bilməyəndə "Ceki, buradasan? Ceki haradadır?" sualını verib.

Onun sözləri zalda soyuq duş effekti yaradıb. Bu anlar tezliklə sosial mediada yayılıb.

Qeyd edək ki, Valorski sözügedən konfransı maliyyələşdirmək üçün çox çalışan insanlardan biri idi. Bayden Valorski ilə yaxın dost idi.

Züriyə Qarayeva