• Qərb
  • 9 Dekabr 2022 15:29
  •  3 900

İsveçdə hicab qadağası ləğv edilib

İsveçdə Dövlət Şurası Malmö İnzibati Məhkəməsinin məktəblərdə hicab qadağasını ləğv etməsinin qanuni olduğuna qərar verib.

Aznews.az xəbər verir ki,bəyanatda bağçalarda və ibtidai məktəblərdə bələdiyyələr tərəfindən hicab və buna bənzər geyimlərin qadağan edilməsinin “hüquqi əsası olmadığı” və dini səbəblərlə geyinilən paltarların “ifadə azadlığı” çərçivəsində dəyərləndirilməsinin vacibliyi vurğulanıb.

Dövlət Şurasının Münsiflər Heyətinin üzvü Ulrik von Essen İsveç dövlət televiziyası SVT-yə müsahibəsində bildirib ki, "Hicab taxmaq hüququnun məhdudlaşdırılması fərdlərə təsir edir və bu səbəbdən ifadə azadlığını məhdudlaşdırır. Milli qanunlarda bunun qadağan edilməsi üçün heç bir hüquqi əsas yoxdur və buna görə də Bələdiyyələrin qərarını ləğv etmək doğru addımdır”.

Dövlət Şurasının verdiyi açıqlamada Skone bölgəsindəki Skurup və Staffanstorp rayon bələdiyyələrinin etirazlarının rədd edildiyi bildirilib.

Qeyd edək ki,Skurup və Staffanstorp rayon bələdiyyələri 2019-cu ildə uşaq bağçalarında və ibtidai məktəblərdə hicab və oxşar geyimləri qadağan etmək qərarına gəliblər.

Mövsüm