• Qərb
  • 2 İyun 2023 11:00
  •  3 817

ABŞ Senatı borc limiti haqqında qanun layihəsini təsdiqləyib

ABŞ-nin federal borc tavanının artırılmasına dair qanun layihəsi ABŞ Konqresinin Senatında təsdiqlənmək üçün kifayət qədər səs toplayıb.

Aznews.az xəbər verir ki, səsvermə C-SPAN-ın canlı yayımı ilə paylaşılıb.,

ABŞ Konqresinin yuxarı palatasının ümumilikdə 63 üzvü sənədin lehinə, 36-sı əleyhinə səs verib. Dinləmələrə sədrlik edən qanun layihəsinin qəbul olunduğunu elan edib.

İndi sənədi ABŞ prezidenti Co Bayden imzalamalıdır. Amerika lideri daha əvvəl Konqresin hər iki palatasını təşəbbüsü təsdiqləməyə çağırıb.

Ötən həftənin sonunda Ağ Ev və Konqresdəki Respublikaçılar ABŞ-nin dövlət borcunun tavanının 2025-ci il yanvarın 1-dək artırılması barədə razılığa gəliblər.Tərəflərin razılaşdığı qanun layihəsində 2024-cü maliyyə ilində müdafiəyə 886 milyard dollar, 121 milyard dollar veteranların tibbi yardımı üçün və digər qeyri-müdafiə proqramları üçün 637 milyard dollaayrılması nəzərdə tutulur.

Qeyd edək ki, yanvar ayında ABŞ qanunla müəyyən edilmiş 31,4 trilyon dollarlıq borc limitini keçib.

Son aylarda ABŞ administrasiyası Konqresi milli borcun tavanını artırmağa çağırıb.

Nümayəndələr Palatasına nəzarət edən respublikaçılar borc tavanının artırılmasına razılaşıblar, ancaq bu şərtlə ki, dövlət xərcləri əhəmiyyətli dərəcədə azaldılsın. Ağ Ev daha sonra bu tələbləri rədd edərək, xərclərin azaldılmasını müzakirə etməyə hazır olduğunu, lakin qanunvericilərin heç bir şərt olmadan borc tavanını artırmalı olduqlarını bildirib.

ABŞ Maliyyə Naziri Janet Yellen Konqresə xəbərdarlıq edib ki, borc tavanının artırılması üçün son tarix 5 iyundur. Yellen qeyd edib ki, Konqres borc tavanını qaldıra bilməsə, ABŞ potensial iqtisadi və maliyyə fəlakəti ilə üzləşəcək. Bayden və Konqresdəki Respublikaçı liderlər bunun baş verməməsi üçün müntəzəm məsləhətləşmələr aparmağa razılaşıblar.

Mövsüm