• Qərb
  • 8 İyun 2023 23:08
  •  4 557

Bayden: "Qərb Ukraynanın əks-hücumunu hazırlamaq üçün mümkün olan hər şeyi edib"

Qərb ölkələri Ukraynanın əks-hücumunun hazırlanması üçün əllərindən gələni etdilər.

Aznews.az xəbər verir ki, bu barədə ABŞ Prezidenti Co Bayden Ağ Evdə Böyük Britaniyanın Baş naziri Rişi Sunak ilə birgə mətbuat konfransında bildirib.

Bayden deyib ki, ABŞ proseslərdən nikbindir.

"Birincisi, hərbi əməliyyatların gedişi barədə ukraynalılar danışmalıdırlar. Mən bunu danışa bilmərəm. Onları dəstəkləmək üçün ABŞ-da kollektiv və fərdi olaraq əlimizdən gələni etdik",- deyə Amerika lideri jurnalistin Ukraynanın başladığı əks-hücum fonunda Kiyevə hərbi yardımın davam etdirilməsi ilə bağlı sualına cavab verərkən bildirib.

Onun sözlərinə görə, ABŞ Ukraynaya maliyyə yardımı göstərməyə davam edəcək.