• Qərb
  • 28 Sentyabr 2023 17:55
  •  3 978

ABŞ müdafiə nazirinin illik maaşını 1 dollara endirən tənzimləmə

ABŞ “federal hökumətin bağlanması” riski ilə üzləşdiyi halda, müdafiə naziri Lloyd Ostinin illik maaşının 1 dollara endirilməsini tələb edən tənzimləmə respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatasında təsdiqlənib.

Aznews.az xəbər verir ki, “The New York Times” qəzetinin yazdığına görə, Respublikaçılar Partiyasının nümayəndəsi Marjori Teylor-Qrin Lloyd Ostinin 221 min dollardan çox olan illik maaşını 1 dollara endirmək üçün Nümayəndələr Palatasına reqlament təqdim edib.

Öz ifadəsində Qrin Ostini "dəhşətli Əfqanıstan geri çəkilməsinə", "hərbi işə qəbulun azaldılmasına və COVID-19 peyvəndini rədd etdiyi üçün minlərlə əsgərin işdən çıxarılmasına" səbəb olmaqda günahlandırıb.

"ABŞ Müdafiə Naziri Lloyd Ostin mütləq buna layiqdir. O, işdən çıxarılmalıdır, ona 1 dollar belə çoxdur",-deyə qeyd Teylor Qrin qeyd edib.

Əsasnamənin təsdiq edildiyi Nümayəndələr Palatasında respublikaçılar öz çoxluqlarından və gələn ilin büdcəsinin hələ də qəbul edilməməsindən hökumətə qarşı təsir rıçaqları kimi istifadə edirlər.

Hərbi xərclərlə bağlı tənzimləmənin Senatda qəbul edilməyəcəyi və bu səbəbdən Ostinin maaşının azaldılması ehtimalının az olduğu düşünülür.

Mövsüm