- Qərb
- 6 Dekabr 2023 20:52
- 4 052
Bayden G7 liderləri ilə Ukraynaya davamlı dəstəyin zəruriliyini müzakirə edəcək

ABŞ prezidenti Co Bayden G7 liderləri ilə Ukraynaya yardımın davam etdirilməsinin zəruriliyini müzakirə edəcək .
Bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi jurnalistlərə bildirib.
"Prezident G7 liderləri ilə danışacaq, bunun gündəmdə olacağına şübhəm yoxdur",-deyə Kirbi qeyd edib.
O, ABŞ-nin müttəfiqlərindən Kiyevə dəstək perspektivlərini şərh etməyib.
Mövsüm
Aznews.az