- Qərb
- 27 Dekabr 2023 15:16
- 5 077
Bundestaqın keçmiş prezidenti Volfqanq Şoyble vəfat edib

Bundestaqın keçmiş sədri, Almaniyanın keçmiş maliyyə və daxili işlər naziri, Xristian Demokrat İttifaqının (CDU) üzvü Volfqanq Şöyble 82 yaşında vəfat edib.
Bu barədə "Tagesspiegel" məlumat yayıb.
Qəzet Bundestaqın keçmiş sədrinin ölkənin birləşməsinə təsirini vurğulayaraq onu “Alman birliyinin memarı” adlandırıb.
1990-cı ilin avqustunda Almaniya Demokratik Respublikası ilə birlik müqaviləsi imzalanarkən Almaniya Federativ Respublikasının nümayəndə heyətinə məhz o başçılıq edirdi.
Mövsüm
Aznews.az