• Qərb
  • 18 Yanvar 2024 20:51
  •  4 533

İtaliyada ətraf mühit fəallarına qarşı daha sərt cəzalar nəzərdə tutan qanun qəbul edilib

İtaliyada ekoloji fəalların tarixi və mədəni strukturlara zərər vuran etirazlarına qarşı daha sərt cəzalar nəzərdə tutan yeni qanun parlamentdə təsdiqlənib.

Qanun mədəni və landşaft sərvətlərinin məhv edilməsi, korlanması və çirklənməsi kimi hallarda yeni sanksiyalar tətbiq edir.

Fəallar üçün yeni inzibati cərimələr nəzərdə tutulub. Müxalifət isə qanunun qeyri-mütənasib olduğunu iddia edir.

Mövsüm

Aznews.az