- Qərb
- 21 Fevral 2024 16:09
- 3 650
Borrell: Rusiyaya qarşı 13-cü sanksiyalar paketi müdafiə müəssisələrinə təsir edəcək

Avropa diplomatiyasının rəhbəri Cozef Borrell bildirib ki, Rusiya Federasiyasına qarşı 13-cü sanksiyalar paketi müdafiə sektorundakı müəssisələrə təsir edəcək.
O, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) məlumat verib.
Diplomat bildirib ki, yeni sanksiyalar paketi tətbiq edilən anti-Rusiya məhdudiyyətlərindən yan keçən şirkətlərə də təsir edəcək.
“13-cü paketlə bağlı razılaşmamız var! Biz paketimizə 200-ə yaxın fiziki və hüquqi şəxs əlavə edirik, Aİ siyahısını 2000-dən çoxa çatdırırıq. Bu paketlə biz yayınma, müdafiə və hərbi sektorlarla məşğul olan təşkilatlara qarşı daha çox tədbirlər görürük”, - Borrell yazıb.
Mövsüm
Aznews.az