• Qərb
  • 22 Fevral 18:35
  •  2 439

Böyük Britaniya Ukraynaya 200 Brimstone raketi göndərəcək

Böyük Britaniya Ukraynaya daha 200 "Brimstone" raketi ötürməyi planlaşdırır.

Bu barədə Krallığın Müdafiə Nazirliyinin rəhbəri Qrant Şapps məlumat verib.

"Bu gün mən Ukraynaya 200 ədəd "Brimstone" tank əleyhinə raketdən ibarət yeni yardım paketini elan edə bilərəm",-deyə o, YouTube-da yayımlanan Britaniya Parlamentinin İcmalar Palatasındakı çıxışı zamanı qeyd edib.

Nazir həmçinin qeyd edib ki, bu silah növü artıq “döyüş meydanında öz effektivliyini göstərib”.

Mövsüm

Aznews.az