• Qərb
  • 5 Mart 14:09
  •  1 800

İtaliyanın Ukraynaya dəstək xərcləri 2 milyard avronu keçib

İtaliya Ukraynaya dəstək üçün 2,2 milyard avro xərcləyib ki , bu da rəsmi məbləğdən üç dəfə çoxdur.

Bu barədə “Il Foglio” qəzeti ölkənin Müdafiə Nazirliyindən alınan sənədlərə istinadən məlumat yayıb.

Nəşr bu cür məlumatları Almaniyanın “ Die Welt” qəzetinin 29 fevral tarixli məqaləsinə cavab olaraq dərc edib ki, Roma “Ukrayna üçün demək olar ki, heç nə etmir”. Kiel İnstitutunun məlumatına görə, İtaliya cəmi 0,7 milyard avro ayırıb.

"Rəsmi olaraq, İtaliya indiyədək Ukraynaya hərbi yardım üçün 0,691 milyard avro xərcləyib. Lakin bu məlumatlara məxfi məlumatlar daxil deyil və Il Foglio İtaliyanın Ukraynaya hərbi öhdəliyinin həqiqi miqyasını bildirə bilər. Bu rəqəm üç dəfə böyükdür: 2,2 milyard avro, bu, Ukraynaya bağışlanan avadanlıqla üst-üstə düşür”, - İtaliya qəzeti Kiel İnstitutunun məlumatlarını təkzib edib.

Mövsüm

Aznews.az