• Qərb
  • 5 Mart 17:08
  •  2 175

Mişel Obama 2024-cü ildə prezidentliyə namizəd olacağı ilə bağlı şayiələri təkzib edir

ABŞ-nin keçmiş prezidenti Barak Obamanın həyat yoldaşı Mişel Obama çoxsaylı söz-söhbətlərə baxmayaraq, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak etməyəcək.

Bu barədə "NBC News" telekanalı ABŞ-nin keçmiş birinci xanımının ofisinə istinadən məlumat yayıb.

Telekanal qeyd edir ki , ötən il Barak Obama dəfələrlə ABŞ-nin hazırkı prezidenti Co Baydenin seçki kampaniyasını tam dəstəklədiyini bəyan edib , lakin demokratik dairələrdə seçki kampaniyasında Baydenin həyat yoldaşı ilə əvəzlənməsi imkanlarını gizli şəkildə müzakirə ediblər.

Mövsüm

Aznews.az