• Qərb
  • 5 Mart 18:18
  •  2 309

Şolz Paris və Berlin arasında gərginliyin olmamasına diqqət çəkib

Almaniya kansleri Olaf Şolz martın 5-də Almaniyanın “Sächsische Zeitung” nəşrinə müsahibəsində Fransa prezidenti Emmanuel Makronun Ukraynadakı qoşunlar barədə söylədiyi sözlər səbəbindən Paris və Berlin arasında gərginlik yaranmadığını bildirib.

O qeyd edib ki, Avropa və ABŞ-də demək olar ki, hamı Almaniyanın bu məsələdə mövqeyini bölüşür.

“Emmanuel Makronla yaxın dostuq və çox yaxşı münasibətimiz var. Ancaq bu məsələdə mənim Fransa prezidentindən fərqli fikirlərim var və o da bunu bilir. Amma bu, Fransa ilə Almaniya arasında gərginlik deyil. Mənim mövqeyimi demək olar ki, bütün digər Avropa ölkələri, eləcə də ABŞ bölüşür ”, - kansler izah edib.

Mövsüm

Aznews.az