• Qərb
  • 6 Mart 11:33
  •  2 304

ABŞ-də məktəb müəllimlərinə silah atmağı öyrətməyi təklif edilir

ABŞ-nin Yuta ştatında şagirdlərin təhlükəsizliyini təmin etmək üçün müəllimlərə məktəb ərazilərində silah gəzdirməyə təşviq ediləcək.

Bu barədə "Fox News" xəbər verib.

"Utah House Bill 119, müəllimləri məktəb əmlakını məsuliyyətlə qorumağa və ya odlu silah gəzdirməyə təşviq etmək üçün dövlət tərəfindən maliyyələşdirilən təlimləri əhatə edən "Təhsilçi Vəkil Proqramı" yaradacaq",-deyə xəbərdə qeyd edilib.

Müəllimlər bu proqramda pulsuz və könüllü olaraq iştirak edə biləcəklər. Bu təlimə yalnız silah gəzdirmək üçün icazəsi olan şəxslər buraxılacaq.

Mövsüm

Aznews.az