• Qərb
  • 6 Mart 11:48
  •  2 344

ABŞ-də "TikTok"-u qadağan edən qanun layihəsi hazırlanıb

ABŞ Konqresinin Nümayəndələr Palatası "ByteDance" şirkətinə məxsus "TikTok" sosial şəbəkəsini qadağan edən qanun layihəsi hazırlayıb.

Bu barədə "CNBC" məlumat yayıb.

Telekanalın məlumatına görə, Viskonsin ştatından respublikaçı Mayk Qallagher və İllinoys ştatından Demokrat Raca Krişnamurti Amerikalıları Nəzarət Edilən Xarici Düşmən Tətbiqlərindən Müdafiə Aktı adlı qanun layihəsi təqdim ediblər. Sənəddə sosial şəbəkənin ABŞ-nin milli təhlükəsizliyinə təhdid yaratdığı bildirilir.

"Bu, mənim TikTok-a mesajımdır: Çin Kommunist Partiyası ilə əlaqələri kəsin və ya Amerika istifadəçilərinə girişi məhdudlaşdırın",-deyə Qallagher qeyd edib.

Mövsüm

Aznews.az