• Qərb
  • 6 Mart 13:44
  •  2 911

Tramp ABŞ-nin 14 ştatında keçirilən ilkin seçkilərdə qalib gəlib

ABŞ-nin keçmiş prezidenti Donald Tramp 14 ştatda Respublikaçılar Partiyasının ilkin seçkilərində liderdir.

"Reuters" bu barədə "Edison Research"-in öz məlumatlarına və proqnozlarına istinadən məlumat yayıb.

Agentliyin məlumatına görə, Super Çərşənbə axşamı çərçivəsində keçmiş Amerika lideri Virciniya, Şimali Karolina, Oklahoma, Texas, Tennessi, Men, Arkanzas, Alabama, Massaçusets, Kolorado, Kaliforniya, Minnesota, Alyaska və Yuta ştatlarında respublikaçıların nümayəndələrinin dəstəyini alıb.

Trampın əsas rəqibi, ABŞ-nin BMT-dəki keçmiş səfiri Nikki Heyli yalnız Vermontda qalib gəlib.

Mövsüm

Aznews.az