• Qərb
  • 7 Mart 13:43
  •  2 909

Etiraz edən fermerlər Praqada sahilə peyin tökürlər

Fermerlər etiraz olaraq Praqa sahillərindən birinə peyin töküblər.

Bu barədə Çexiya polisi X (keçmiş Twitter) məlumat yayıb.

“Fermerlər Edvard Benes sahilinə peyin səpdilər və bununla da şəhər ictimai nəqliyyatının hərəkətini çətinləşdirdilər. Vəziyyət şəxsi nəqliyyatın hərəkətini də çətinləşdirir”, - deyə məlumatda bildirilir.

Polis qeyd edib ki, peyin gətirən sürücü saxlanılıb. O, bir sıra cinayətlər törətməkdə şübhəli bilinir.

Mövsüm

Aznews.az