• Qərb
  • 7 Mart 14:21
  •  2 800

Von der Leyen: AB yeni nəsil silahlar istehsal etməlidir

Avropa İttifaqı (Aİ) döyüş meydanında qələbə üçün yeni nəsil silahların istehsalına başlamalıdır.

Bu barədə Avropa Komissiyasının (AK) sədri Ursula fon der Leyen Avropa Xalq Partiyasının Buxarestdə yeni AK-nin rəhbəri vəzifəsinə fraksiyanın namizədi kimi təsdiq edilməli olduğu qurultayında bildirib.

"Aİ döyüş meydanında qalib gəlməyə qadir olan yeni nəsil silahların istehsalını təmin etməlidir və Avropa Xalq Partiyası özünü müdafiə edə bilən Avropaya rəhbərlik edə biləcək partiyadır",-deyə Leyen qeyd edib.

Von der Leyen həmçinin əlavə edib ki, Aİ yeni AK-yə xüsusi Avropa komissarı təyin etməlidir ki, bu, Avropa Xalq Partiyasının vədlərindən biridir.

Mövsüm

Aznews.az