• Qərb
  • 22 Mart 23:16
  •  3 845

Ağ ev Moskvaya başsağlığı verib

Ağ ev Rusiyada baş vermiş silahlı hücumla əlaqədar rəsmi Moskvaya başsağlığı verib.

Aznews.az xəbər verir ki, bu barədə “Reuters” bildirib.

Xatırladaq ki, martın 14-də ABŞ-nin Rusiyadakı səfirliyi Moskvada “yaxın iki gündə” terror təhlükəsi ilə bağlı xəbərdarlıq yaymışdı.

Qeyd edək ki, Rusiyada baş vermiş silahlı hücumda azı 40 nəfər ölüb, yüzdən çox insan yaralanıb.