• Qərb
  • 26 Mart 22:39
  •  3 508

Miller: ABŞ-nin Azərbaycan və Ermənistanla hər bir qarşılıqlı fəaliyyəti davamlı sülhə yönəlib

ABŞ-nin Azərbaycan və Ermənistanla hər bir qarşılıqlı əlaqəsi davamlı sülhün əldə edilməsinə yönəlib.

Aznews.az xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller brifinqdə deyib.

"Ermənistan və Azərbaycan hökumətləri ilə hər bir əlaqəmizdə məqsəd onlar arasındakı fikir ayrılıqlarını aradan qaldırmaq və davamlı sülh sazişi üçün işləməyə təşviq etməkdir", - Miller bildirib.