• Qərb
  • 8 Aprel 16:55
  •  2 598

Fransa və İngiltərədən xəbərdarlıq: "Ukrayna uduzsa, hamımız uduzacağıq"

Fransanın xarici işlər naziri Stefan Sejourne və Böyük Britaniyanın xarici işlər naziri Devid Kemeron Rusiya Ukraynada qalib gəlsə, “hamımız uduzacağıq” xəbərdarlığını ediblər.

Sejourne və Cameron "The Telegraph" qəzeti üçün birgə məqalələrində Ukraynadakı vəziyyətlə bağlı qiymətləndirmələr aparıblar.

Nazirlər iki ölkə arasında imzalanan dostluq müqaviləsi olan Antanta Kordialesinin 120 illiyi çərçivəsində birgə əməkdaşlığa da toxunub və digər ölkələri Rusiyaya qarşı Ukraynaya dəstək verməyə çağırıblar.

Mövsüm

Aznews.az