• Qərb
  • 8 Aprel 19:41
  •  2 648

İspaniya "Qızıl viza" tətbiqinə son qoyur

İspaniyanın Baş naziri Pedro Sançez ölkədə 2013-cü ildən qüvvədə olan və xaricilərə ev aldıqları və ya sərmayə qoymaları halında müvəqqəti və ya daimi yaşayış icazəsi verilməsini nəzərdə tutan “Qızıl viza” tətbiqinin ləğv ediləcəyini açıqlayıb.

Sevilyada keçirilən tədbirdəki çıxışında Sançez aprelin 9-da keçiriləcək həftəlik Nazirlər Şurasının iclasında Qızıl Viza tətbiqinin ləğvi ilə bağlı qərarın veriləcəyini açıqlayıb.

2013-cü ildə o dövrdə hakimiyyətdə olan sağçı Xalq Partiyasının (PP) başlatdığı təcrübənin ləğvi ilə bağlı Mənzil Nazirliyi tərəfindən hazırlanan hesabatın sabah Nazirlər Kabinetində müzakirə ediləcəyini ifadə edən Sançez, yeni qərarın əhatə dairəsi və onun qüvvəyə minmə tarixi haqqında məlumat paylaşmamalıdır.

İspaniya hökuməti "Qızıl viza" müraciətinin təsiri ilə ölkədə sürətlə artan mənzil qiymətlərini nəzarət altına almağı hədəfləyərkən, Sançez "Mənzilin spekulyativ bir iş deyil, haqq olması üçün lazımi tədbirləri görəcəyik",-deyə qeyd edib.

Mövsüm

Aznews.az