• Qərb
  • 9 Aprel 12:48
  •  3 317

Borrell: Amerikanın Avropa üzərindəki müdafiə çətiri tezliklə bağlana bilər

Müdafiə və hərbi imkanlar Avropa İttifaqının (Aİ) siyasətinin mərkəzində olmalıdır.

Bu sözləri Avropa diplomatiyasının rəhbəri Cozef Borrell Brüsseldə keçirilən konfransda deyib.

“Ən ciddi mənada müdafiə, hərbi potensialın mövcudluğu Avropa siyasətinin ürəyi, bəlkə də Avropa layihəsinin təməl daşlarından biri olmalıdır”,deyə Borrell qeyd edib.

Bundan əlavə, diplomat qeyd edib ki, Avropa üzərində “Amerika müdafiə çətiri” tezliklə bağlana bilər.

Borrelin sözlərinə görə, bu, ABŞ-də keçiriləcək prezident seçkilərində kimin qalib gəlməsindən asılıdır.

NATO-nun əhəmiyyəti qalır, lakin onun tərkibində Avropa komponenti meydana çıxmalıdır, çünki Aİ müdafiədə yalnız özünə arxalanmalıdır, siyasətçi yekunlaşdırıb.

Mövsüm

Aznews.az