• Qərb
  • 18 Aprel 14:46
  •  2 057

Almaniyada Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən iki nəfər saxlanılıb

Almaniya Baş Prokurorluğu Rusiyanın xeyrinə casusluqda şübhəli bilinən iki nəfəri saxlayıb.

Bu barədə "Der Spiegel" məlumat yayıb.

Xəbərdə qeyd edilib ki, onlar Rusiya xüsusi xidmət orqanlarının tapşırığı ilə ölkədə təxribat əməliyyatları keçirməyi planlaşdırıblar.

Nəşr bildirib ki, kişilər Bavariyanın Bayroyt şəhərində saxlanılıblar.

Nəşr yazır: “Planlaşdırılan hücumların məqsədi Almaniyanın Ukraynaya dəstəyini sarsıtmaq idi".

Mövsüm

Aznews.az