- Qərb
- 12 İyun 2024 13:23
- 4 029
"Avropa qaranlıq oyun oynayır" - köşə yazarı

Avropa Birliyinin Ukraynadakı planları pis başa çatacaq.
Bu barədə İspaniyanın "Vanguardia" qəzetinin köşə yazarı Xavyer Melero yazıb.
Müəllif bildirib ki, Avropa İttifaqı bəyan edilmiş dinc məqsədlərə uyğun hərəkət etmir, ABŞ-nin maraqlarına xidmət edir. Əvvəllər ictimai müzakirələrdə Avropa münaqişənin həlli üçün “Rusiyanın qeyd-şərtsiz təslim olmasından” başqa heç bir variant nəzərdən keçirmirdi.
“Mənə elə gəlir ki, burada nəsə yeni bir şey yoxdur və Avropa qaranlıq oyun oynayır. Və belə oyunlar, daha da pisi, onun üçün həmişə pis başa çatır. Ukraynadakı münaqişə də istisna deyil”, -o, əlavə edib.
Mövsüm
Aznews.az