• Qərb
  • 17 İyun 16:56
  •  3 259

Los-Ancelesdəki meşə yanğınından 1200 nəfər təxliyə edilib

ABŞ-nin Kaliforniya ştatının Los-Anceles şəhəri yaxınlığında meşə yanğınının sürətlə yayılması nəticəsində 1200 nəfər təxliyə edilib.

Kaliforniya Yanğınsöndürmə İdarəsinin verdiyi açıqlamaya görə, hadisə Los-Anceles şəhəri yaxınlığında baş verib. Yanğın 12 min hektardan çox ərazini əhatə edib.

Açıqlamada yanğından zərər çəkmiş yaşayış massivlərində 1200 nəfərin təxliyyə edildiyi bildirilib, yanğının yayıldığı ərazilərdə yanğınsöndürmə briqadalarının olduğu qeyd edilib.

Yanğının səbəbi ilə bağlı heç bir açıqlama verilməyib.

Mövsüm

Aznews.az