• Qərb
  • 18 İyun 2024 13:33
  •  4 656

ABŞ: Ən yaxşı həll Qəzzada atəşkəsdir

ABŞ Livanla gərginliyi azaltmaq üçün Qəzzada atəşkəs istəyir.

Bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller deyib.

Miller, İsrail-Livan sərhədində artan gərginlikdən narahat olub-olmadığını soruşduqda, narahatlıq səviyyələrinin dəyişmədiyini, oktyabrın 7-dən bu yana bu mövzuda narahatlıqlarını ifadə etdiklərini və gərginliyin qarşısını almağa çalışdıqlarını bildirib.

Miller Hizbullahın son həftələrdə hücumlarını artırdığını qeyd edib və onları mülayim olmağa çağırıb.

Mövsüm

Aznews.az