- Qərb
- 31 İyul 2024 16:50
- 4 303
Bundestaq deputatı Rusiya ilə iqtisadi müharibəyə son qoyulmasını tələb edib

Almaniya Rusiya ilə özünü məhv edən iqtisadi müharibəni dayandırmalıdır.
Bu barədə Bundestaqın Sarah Vaqenknext İttifaqı - Səbəb və Ədalət naminə partiyasından olan deputatı Sevim Dağdelen qeyd edib.
O, ölkənin xarici işlər naziri Annalena Burbokun 2022-ci ilin fevralında Rusiyanın üçüncü rübdə “mütləq dağılacağı” barədə açıqlamalarını xatırladıb, lakin bu baş verməyib.
"Bu çılğın, özünü məhv edən iqtisadi müharibə nə vaxt bitəcək?" — parlamentari X sosial şəbəkəsindəki səhifəsində yazıb.
Mövsüm
AzNews.az