• Qərb
  • 6 Avqust 19:23
  •  3 274

Aİ Şurası Kiyevə 4,2 milyard avro yardım ayırdı

Aİ Şurası Ukraynaya Yardım Fondundan Kiyevə təxminən 4,2 milyard avro ayrılması ilə bağlı Aİ-nin daimi nümayəndələrinin daha əvvəl təsdiq etdiyi qərarı təsdiqləyib.

Bu barədə Macarıstanın AK-dəki sədrliyi X sosial şəbəkəsində bildirib.

"Yazılı prosedurun başa çatması ilə Şura bu gün Ukrayna Mexanizmi çərçivəsində təxminən 4,2 milyard avro məbləğində ilk ödənişin həyata keçirilməsinə icazə verən icra qərarını qəbul edib", - sədrlik bildirib.

“Bu qərar Ukraynanın makro-maliyyə sabitliyini və dövlət idarəçiliyinin fəaliyyətini dəstəkləyir”, - deyə o əlavə edib.

Avropa Komissiyası daha əvvəl bildirmişdi ki, bu ilin sentyabrına qədər bu tranşı Ukraynaya vermək niyyətindədir.

Mövsüm

AzNews.az