- Qərb
- 29 Noyabr 12:28
- 4 130
Böyük Britaniyada 60-dan çox deputat İsrailə qarşı sanksiyaların tətbiqinə çağırır
Britaniya parlamentindəki müstəqil deputatlar Riçard Burqon və Imran Hussain başda olmaqla xarici işlər naziri David Lammy-yə yazılan məktubda İngiltərədən İsrailə hərtərəfli sanksiyalar tətbiq etməsi istənilib.
7 müxtəlif siyasi partiyadan olan 60-dan çox deputat məktubu imzalayıb, o cümlədən hakim Leyboristlər Partiyasından olan deputat Dayan Abbott, müstəqil deputat Con Makdonnel, Yaşıllar Partiyasının həmtəsisçisi və deputat Karla Denyer, Leyboristlər Partiyasının keçmiş lideri və müstəqil deputat Ceremi Korbin.
Liberal Demokratlar, Plaid Cymru və Şotlandiya Milli Partiyasını təmsil edən deputatlar, həmçinin Britaniya parlamentinin yuxarı palatası olan Lordlar Palatasının bir çox üzvü də məktubu dəstəkləyib.
Məktubda Beynəlxalq Ədalət Məhkəməsinin (ICJ) iyul ayında İsrailin Fələstin ərazilərini işğalını qeyri-qanuni olaraq xarakterizə edən məsləhət qərarından bəhs edilir və buna tez bir zamanda son qoyulması tələb olunur.
Bu kontekstdə məktubda deyilir: “Məhkəmə Birləşmiş Krallıq da daxil olmaqla bütün dövlətlərin İsrailin işğal olunmuş Fələstin ərazilərində qeyri-qanuni mövcudluğu nəticəsində yaranan vəziyyəti tanımamaq və onlara heç bir yardım və ya dəstək verməmək üçün hüquqi öhdəliyi olduğunu müəyyən edib".
Millət vəkillərinin Britaniya hökumətini beynəlxalq hüquqa uyğun hərəkət etməyə və konkret addımlar atmağa çağırdığı məktubda “Biz hökuməti BCM-in beynəlxalq hüquqa zidd vəziyyətlə bağlı tarixi qərarını həyata keçirmək üçün sanksiyalar tətbiq etməyə və konkret addımlar atmağa çağırırıq",- deyə qeyd edlib.
Məktubda Böyük Britaniyaya İsrailin işğal olunmuş ərazilərdə qeyri-qanuni statusunu saxlamasına töhfə verən ticarət və ya investisiya əlaqələrinə son qoymağa və bu bölgələrlə bağlı iqtisadi və ya kommersiya razılaşmalarından qaçmağa çağırışda yer alır.
Mövsüm
AzNews.az