Şmıqal: Ukrayna yaxın 24 saat ərzində ABŞ ilə yeraltı saziş imzalayacaq

Ukrayna və ABŞ yaxın 24 saat ərzində mineral ehtiyatlar üzrə saziş imzalamaq niyyətindədir.

Bu barədə Ukraynanın baş naziri Denis Şmıqal məlumat verib.

"Bütün yekun detallar yaxın vaxtlarda yekunlaşan kimi, ümid edirəm ki, saziş yaxın 24 saat ərzində imzalanacaq", - o, deyib.

Eyni zamanda, Şmıqal qeyd edib ki, Ukrayna tərəfi bütün yeni lisenziyalardan və faydalı qazıntıların hasilatı üçün icarədən əldə olunan gəlirin 50%-ni ABŞ ilə birgə fonda qaytarmalı olacaq.

Mövsüm

Aznews.az