- Qərb
- 1 May 20:25
- 1 193
Vuçiç təzyiqlərə baxmayaraq Moskvaya səfər edəcəyini açıqlayıb

Serbiya prezidenti Aleksandar Vuçiç Avropa İttifaqının (Aİ) təzyiqlərinə baxmayaraq, mayın 9-da Moskvaya səfər etmək və Qələbə bayramında iştirak etmək niyyətində olduğunu bildirib.
"Mən [Rusiya Prezidenti Vladimir] Putinə mayın 9-da Rusiyaya gələcəyimi söylədim. Bu söz məni məcbur edir, bunu xalqıma, hamıya verdim. Başqa heç kim gedib əziyyət çəkməsin - başıma bir şey olmazsa və ya Serbiya üçün inanılmaz təhlükə yaranmasa, gedəcəm", - Vuçiç bildirib.
Vuçiç Aİ-də onun Moskvaya səfərinə həddindən artıq diqqətin göstərilməsindən təəccübləndiyini də dilə gətirib.
Mövsüm
Aznews.az