Rubio Ukraynadakı münaqişənin hərbi yolla həllinin mümkünsüzlüyünü qeyd edib

Ukraynadakı münaqişə hərbi yolla həll edilə bilməz.

Bunu ABŞ-nin dövlət katibi Marko Rubio “Reuters”in YouTube kanalında yayımlanan NATO xarici işlər nazirlərinin qeyri-rəsmi görüşündə deyib .

“Bu münaqişəyə hərbi yolla deyil, diplomatik yolla son qoyulacaq”,- deyə o qeyd edib.

Rubio həmçinin vurğulayıb ki, ABŞ prezidenti Donald Tramp Ukrayna böhranının həllinə gətirib çıxaracaq istənilən mexanizmə açıqdır.

Mövsüm

Aznews.az