- Qərb
- 15 May 15:01
- 1 777
Tramp: ABŞ-İran nüvə razılaşması getdikcə yaxınlaşır

Vaşinqton Tehranla nüvə proqramı ilə bağlı saziş bağlamağa yaxındır.
Bu barədə ABŞ prezidenti Donald Tramp məlumat verib .
"Biz İranla uzunmüddətli sülhə dair çox ciddi danışıqlar aparırıq. Biz saziş bağlamağa yaxınlaşırıq. Məqsədlərə çatmağın iki yolu var, dinc və zorakı yol var, amma mən bunu ikinci yolla etmək istəmirəm", - Reuters onun sözlərindən sitat gətirir .
Bununla yanaşı, nəşr qeyd edib ki, ölkələr arasında danışıqlarda hələ də həll edilməli olan boşluqlar var.
Mövsüm
Aznews.az