- İşin içi
- 14:12
- 1 141
Azərbaycanda bu il yük daşımaları 3 % artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 76,1 milyon ton yük daşınıb.
AzNews.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, 2024-cü ilin eyni dövrü ilə müqayisədə 2,3 milyon ton və ya 3 % çoxdur.
Hesabat dövründə nəqliyyatçılar 659,6 milyon sərnişinə xidmət göstəriblər. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 35,7 milyon sərnişin və ya 5,7 % çoxdur.
Bu ilin 4 ayında qeyri-dövlət sektoruna məxsus nəqliyyat vasitələri ilə daşınmış yüklərin həcmi 4,4 % artıb, daşınmış yüklərin ümumi həcmində bu sektorun xüsusi çəkisi 78,4 % təşkil edib.