- Türkiyə
- 15 May 2025 11:35
- 7 818
Türkiyə hökuməti Rusiya-Ukrayna danışıqları fonunda təhlükəsizlik tədbirlərini gücləndirir
Türkiyə mayın 15-də keçiriləcək Rusiya- Ukrayna danışıqları öncəsi təhlükəsizlik tədbirlərini gücləndirib.
Bildirilib ki, “İstanbulda onlar artıq təhlükəsizlik tədbirlərinə çox ciddi yanaşırlar, lakin bu dəfə bunu daha da gücləndiriblər – zirehli maşınlar da insanların sıx olduğu yerlərdə növbə çəkir”.
Şəhər küçələrində polis maşınları ilə yanaşı zirehli texnikalar da fəaliyyət göstərir. Bu tədbirlər danışıqlar zamanı təhlükəsizliyin təmin edilməsinə yönəlib.
Mövsüm
Aznews.az