- Qərb
- 16:40
- 1 416
Fransa Rusiyanın “kölgə donanması” tankerini saxlayıb
Fransa Hərbi Dəniz Qüvvələri Rusiyanın “kölgə donanması”na aid olduğu bildirilən “Deliver” tankerini saxlayıb.
Bu barədə Fransa Prezidenti Emmanuel Makron açıqlama verib.
Makronun sözlərinə görə, gəmi Siciliya sahilləri yaxınlığından keçərkən dəniz hüququnun tələblərini pozub.
“Böyük Britaniyanın bir neçə gün əvvəl keçirdiyi oxşar əməliyyatdan sonra həyata keçirilən bu addım avropalıların qətiyyətini göstərir. Biz “kölgə donanması”nın sanksiyalardan yan keçərək Rusiyanın hərbi fəaliyyətini maliyyələşdirməsinə imkan verməyəcəyik”, – deyə Fransa lideri bildirib.
O vurğulayıb ki, Avropa Rusiya üçün müharibənin dəyərini artırmaq və Ukraynada davamlı sülhün təmin olunması məqsədilə bütün zəruri tədbirləri görməyə davam edəcək.
“Militarnı” portalının məlumatına görə, Kamerun bayrağı altında üzən “Deliver” tankeri Rusiyanın Primorsk limanından Sinqapura doğru hərəkət edirdi. Gəmi həmçinin Ukraynanın sanksiya siyahısına daxil edilib.
Mövsüm,
AzNews.az