• Qərb
  • 15 May 20:55
  •  1 142

Siyarto Ukraynada macar əleyhinə təbliğatın gücləndiyini açıqlayıb

Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib ki, Ukraynada macar əleyhinə təbliğat getdikcə artır.

O, bu barədə “Facebook”da yayımlanan videomüraciətində bildirib.

Siyarto vurğulayıb ki, Kiyev, eləcə də Brüssel və Varşava Macarıstanın maraqlarını gözdən salmaq və macar xalqının Ukraynanın Avropa İttifaqına (Aİ) mümkün üzvlüyü ilə bağlı fikirlərini bildirməsinə mane olmaq məqsədi daşıyan kampaniyanı gücləndirir.

“Gəlin Brüssel, Varşava və ya Kiyevin Ukraynanın Aİ-yə üzvlük məsələsini macar xalqının arxasınca həll etməsinə imkan verməyək”, o vurğulayıb.

Mövsüm

Aznews.az