- Qərb
- 15 May 21:15
- 3 185
ABŞ Tayvana yardımı artıra biləcəyini açıqlayıb

Birləşmiş Ştatlar Tayvanı dəstəkləməyə davam edəcək və müxtəlif sahələrdə yardımı artırmaq imkanına malikdir.
Bunu ABŞ dövlət katibinin siyasi-hərbi məsələlər üzrə köməkçisi vəzifəsinə namizədi, namizədliyini Amerika lideri Donald Tramp irəli sürmüş Kris Pratt deyib.
"Təsdiq olunarsa, mən Tayvana kömək etmək və dəstəyimizi artırmaq üçün başqa nə edə biləcəyimizi hərtərəfli nəzərdən keçirəcəyəm", - deyə o, qeyd edib.
Prattın sözlərinə görə, Tayvan ABŞ-nin regionda ən mühüm tərəfdaşı olmaqla yanaşı, Çinin təhdidləri ilə üzləşir.
Mövsüm
Aznews.az