• Qərb
  • 15 May 20:48
  •  828

Aİ Ukraynaya yardıma qarşı Rumıniya-Macarıstan-Slovakiya ittifaqından qorxur

Avropa İttifaqı (Aİ) rəsmiləri Macarıstanın baş naziri Viktor Orban və Slovakiyanın baş naziri Robert Fiko, eləcə də Rumıniyada keçirilən prezident seçkilərinin birinci turunda lider olan Rumıniya millətçilərinin Birliyi Alyansının (AUR) lideri George Simionun Aİ-nin Ukraynaya davamlı dəstəyini əngəlləmək üçün birləşə biləcəyindən narahatdırlar.

Bu barədə “Politico” qəzeti məlumat yayıb.

"Avropa rəsmiləri 38 yaşlı üsyançının (Simion. - Red.) Aİ-nin Rusiyaya təzyiqi artırmaq istədiyi bir vaxtda Viktor Orban və Robert Fikoya qoşularaq Ukraynaya yardımı dayandıracağından son dərəcə narahatdırlar", - məqalədə deyilir.

Bildirilir ki, Rumıniya Macarıstan və Slovakiyanın Kiyevlə bağlı mövqelərini dəstəkləsə, bu, Avropa üçün “acı zərbə” olacaq.

Mövsüm

Aznews.az