- Göz önü
- 11:05
- 1 355
Şuşada mətbuat muzeyinin yaradılması təklif olunub

Azərbaycanın mədəniyyət paytaxtı olan Şuşada mətbuat muzeyi yaradılması təklif olunub.
Bu təkliflə Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid Azərbaycan milli mətbuatının 150 illik yubileyinə həsr olunan “Rəqəmsal dövrdə media və kommunikasiya fəaliyyəti” mövzusunda keçirilən beynəlxalq konfransın açılış mərasimində çıxış edib.
Onun sözlərinə görə, Şuşada belə muzeyin yaradılması böyük marağa səbəb ola bilər:
"Həmin muzeydə Azərbaycan mətbuatının qədim dövrdən bu günədək keçdiyi yolu təsvir etsək, Şuşaya səfər edəcək əcnəbi turistlər üçün də yetərincə maraq doğuracaq". (report)