• Qərb
  • 15 May 20:43
  •  2 009

Merz AfD partiyasını qadağan edilməsi barədə fikir bildirib

Almaniyada “Almaniya üçün Alternativ” (AfD) partiyasını qadağan etmək cəhdləri siyasi rəqiblərin sıradan çıxarılmasını xatırladır.

Bu barədə Almaniyanın yeni kansleri Fridrix Merz bu fikrə şübhə ilə yanaşdığını bildirib.

"Mən həmişə siyasi partiyaların qadağan edilməsinə çox şübhə ilə yanaşmışam. İnsanlar azad və demokratik əsas nizama qarşı "aqressiv" hərəkət edirlər. Mənim fikrimcə, bu, siyasi rəqabətin aradan qaldırılmasına çox bənzəyir", o, Die Zeit qəzetinə müsahibəsində qeyd edib .